Milyarder Elon Maskın atası Errol Mask, Rusiya Prezidenti Vladimir Putinə hörmətini ifadə edib.
32gun.az bildirir ki, Going Underground verilişinə verdiyi müsahibədə o, Putini "ardıcıl və rasional siyasətçi" kimi dəyərləndirib və Rusiyanın qlobal siyasətdəki rolunu vurğulayıb.
Errol Mask deyib ki, Putin uzun illərdir hakimiyyətdədir və onun çıxışlarında "müdrik və ölçülü fikirlər" yer alır. O qeyd edib:
"Rusiya uğur qazandıqda, dünya dərhal buna diqqət yetirir."
Mask həmçinin Rusiyanın elmdə və mədəniyyətdəki töhfələrini xatırladıb:
"Bir çox dahilər — yazıçılar, rəssamlar, alimlər — bu ölkədən çıxıb."
Aprelin 4-də isə o bəyan etmişdi ki, oğlu ilə birlikdə Putinə heyranlıq duyurlar və onu “güclü liderin nümunəsi” kimi görürlər.
Ayxan