DÜNYA ÖZ XƏBƏR

Yırtıcı 17 nəfərə hücum edərək 70 yaşlı qadının çənəsini sındırıb - HİNDİSTANDA

Hindistanda naməlum heyvan 17 kənd sakinini yaralayıb

Hindistanın Limbay kəndində naməlum bir heyvanın hücumu nəticəsində 17 nəfər xəsarət alıb.

32gun.az bildirir ki, bu barədə Times of India məlumat yayıb.

Rayon rəhbərliyinin bildirdiyinə görə, güclü istiyə görə sakinlərin əksəriyyəti evdən kənarda, açıq havada yatmağa üstünlük verib. Hücum edən yırtıcı bir neçə evə daxil olaraq 10-dan çox insana müxtəlif dərəcəli xəsarətlər yetirib. Onlardan biri – 70 yaşlı qadının çənəsi sınaraq ağır vəziyyətə düşüb.

Ümumilikdə 3 nəfər ağır xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib. Yaşlı qadın isə reanimasiya şöbəsinə köçürülüb. Digər yaralılara da tibbi yardım göstərilir. Bütün sakinlərə quduzluq əleyhinə peyvənd vurulub.

Hazırda vəhşi heyvanın tutulması üçün həmin ərazidə xüsusi tələ qurulub. Yerli sakinlərə təkbaşına və gecə saatlarında çölə çıxmamaq tapşırılıb.

Rəsmilər hücum edən heyvanın quduz ola biləcəyini ehtimal edir. Bunun it olması da istisna edilmir.

Nilay 

Oxşar Xəbərlər