Rusiya DİN: Berlin Karnegi Mərkəzinin direktoru Aleksandr Qabuyov axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi arzuolunmaz təşkilat elan edilən Berlin Karnegi Mərkəzinin direktoru Aleksandr Qabuyovu (RF-də xarici agent kimi tanınıb) federal axtarışa verib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə DİN-in axtarış bazası məlumat yayıb.
Bazada “Qabuyov Aleksandr. Cinayət Məcəlləsinin maddəsinə əsasən axtarışdadır” deyə bildirilir. Lakin konkret hansı maddə üzrə axtarışın aparıldığı göstərilməyib.
Qeyd edək ki, 6 may tarixində litvalı millətçi Valdas Bartkeviçyusa qarşı Kursk vilayətindəki hərbi qəbiristanlığı təhqir etdiyinə görə istintaq tamamlanıb və o, beynəlxalq axtarışa verilib.
Bundan əvvəl isə Moskvada politoloq Yekaterina Şulman (RF-də xarici agent kimi tanınıb) Berlin Karnegi Mərkəzi ilə əməkdaşlığa görə 10 min rubl məbləğində cərimələnmişdi.
Ayxan