DÜNYA ÖZ XƏBƏR

Hindistan ordusu Pakistanın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Hindistan Müdafiə Nazirliyi məlumat yayıb ki, 8 may gecəsi Hindistan ordusu Pakistanın hücumlarına cavab olaraq bu ölkənin bir sıra bölgələrində yerləşən hava hücumundan müdafiə sistemlərini hədəfə alıb. Bu

32gun.az bildirir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirliyin məlumatına görə, Pakistan 7-dən 8 may gecəsinə keçən zaman Hindistanın şimal və qərbindəki hərbi obyektlərinə hücum etməyə cəhd göstərib. Hücumların Aavantipura, Srinagar, Cammu, Patankot, Amritsar, Kapurtala, Calandhar, Ludhiana, Adampur, Bhatinda, Çandigarh, Nal, Falodi, Uttarlay və Bhuj şəhərlərini əhatə etdiyi bildirilib.

Hindistan tərəfi cavab zərbələrinin Pakistanın hücumlarına adekvat olduğunu vurğulayıb. Məlumata əsasən, Ləhor şəhərində yerləşən hava hücumundan müdafiə sistemi zərbələr nəticəsində sıradan çıxarılıb.

Qeyd edək ki, 7 may gecəsi Hindistan ordusu Pakistan və onun nəzarətində olan Kəşmir bölgəsində yerləşən terrorçu bazalarına qarşı “Sindur” əməliyyatına start verib. NDTV telekanalının məlumatına görə, əməliyyat nəticəsində 70-ə yaxın terrorçu məhv edilib. Pakistanın müdafiə naziri Xavadja Asif isə bu zərbələrin yalnız mülki obyektlərə yönəldiyini bildirib.

Ayxan 

Oxşar Xəbərlər