Moskvanın Ukrayna ilə bağlı növbəti addımları atəşkəsin nəticələrindən asılı olacaq – Kremlin rəsmisi
Rusiyanın Ukrayna ilə bağlı gələcək addımları elan olunmuş üçgünlük atəşkəsin nəticələrindən asılı olacaq.
32gun.az bildirir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov Birinci Kanalın efirində bildirib.
O, Kiyevin mövqeyinin Rusiya tərəfinin ilkin şərtlərsiz birbaşa danışıqlara hazır olub-olmamasına təsiri ilə bağlı suala cavab olaraq qeyd edib: “Gəlin atəşkəsin sonunu gözləyək. Çox şey bu nəticədən asılı olacaq, o cümlədən bizim növbəti addımlarımız.”
Xatırladaq ki, aprelin 28-də Rusiya Prezidenti Vladimir Putin Qələbə Günü münasibətilə müvəqqəti atəşkəs elan edib. Dövlət başçısının fərmanına əsasən, 7-dən 8 may tarixindən etibarən saat 00:00-dan başlayaraq 10-dan 11 may saat 00:00-a qədər bütün döyüş əməliyyatları dayandırılmalıdır.
Buna cavab olaraq, 3 may tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Putinin üçgünlük atəşkəslə bağlı təklifini rədd edib. O, Kiyevin 9 Mayda Moskvada keçiriləcək Qələbə paradına gələcək xarici qonaqların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bildirib.
Nilay