Almaniya kansleri Fridrix Mers miqrasiya böhranına görə fövqəladə vəziyyət rejimi tətbiq etməyi planlaşdırır
Almaniya kansleri Fridrix Mers ölkədə miqrasiya böhranının kəskinləşməsi fonunda milli miqyasda fövqəladə vəziyyət rejimi elan etməyi planlaşdırır.
32gun.az bildirir ki, bu barədə Die Welt qəzeti hökumət mənbələrinə istinadla məlumat yayıb.
Planlaşdırılan əsas tədbirlər arasında Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilənin 72-ci maddəsinin işə salınması, sığınacaq axtaranlara imtina verilməsi, sərhəd nəzarətinin gücləndirilməsi və deportasiya prosedurlarının sürətləndirilməsi yer alır.
YouGov şirkətinin Bundestaq seçkiləri öncəsi keçirdiyi sorğuya əsasən, almanların 31 faizi üçün əsas problem miqrasiyadır. İkinci yerdə iqtisadiyyat və inflyasiya (26%), üçüncü yerdə isə sosial təhlükəsizlik (16%) gəlir.
Qeyd edək ki, bundan əvvəl – 14 fevralda Almaniyanın keçmiş kansleri Olaf Şolts, Donald Tramp və Vladimir Putin arasında keçirilən telefon danışığından sonra Ukraynadakı münaqişənin fövqəladə vəziyyət kimi tanınması üçün Bundestaqa müraciət etmişdi. Şolts bildirmişdi ki, Avropa və Ukrayna istənilən danışıqlara cəlb olunmalıdır.
Ayxan