Bill Geyts: İlon Maskın qərarı dünyanın ən yoxsul uşaqlarını ölümə aparır
Milyarder Bill Qeyts ABŞ Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və sahibkar İlon Maskı xarici yardımları azaltmaqla dünyanın ən yoxsul uşaqlarını ölümlə üz-üzə qoymaqda ittiham edib.
32gun.az bildirir ki, bu barədə Financial Times məlumat yayıb.
Nəşr yazır ki, Vaşinqtonun xarici yardımı azaltması qida və dərman ehtiyatlarının tükənməsinə, eləcə də qızılca, İİV və poliomielit kimi xəstəliklərin yeni dalğasına səbəb ola bilər.
Qeyts bildirib ki, Mask Mozambikin Qəzza əyalətində fəaliyyət göstərən və analardan uşaqlara İİV yoluxmasının qarşısını almağa yönəlmiş xəstəxanaya ayrılan qrantları da ləğv edib. Onun fikrincə, Mask bu qərarı ABŞ-ın HƏMAS-a kontraseptiv vasitələr göndərdiyinə dair yanlış inanca əsaslanaraq verib.
Bill Qeyts əlavə edib ki, Mask USAID-in – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin necə fəaliyyət göstərdiyini və əsl məqsədini anlamır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti Belarus da daxil olmaqla bir sıra ölkələrdə xarici yardım layihələrinin maliyyələşdirilməsini dayandırmışdı. Ümumi məbləğ 215 milyon dollar təşkil edir.
Nilay