Yeniyetmələrin davası qanla nəticələnib.
Hadisə Sakaryanın Arifiye mahalının Fatih məhəlləsində, məhəllə muxtarlığının qarşısında baş verib.
32gun.az Türk KİV-nə istinadən xəbər verir ki, S.D. (17 yaş) ilə A.T. (15 yaş) arasında söyüş səbəbilə mübahisə yaranıb.
Qısa müddətdə davaya çevrilən mübahisə zamanı A.T., üzərində gəzdirdiyi bıçaqla S.D.-ni yaralayıb.
Ayağından yaralanaraq qanlar içində yerə yıxılan S.D.-yə ətrafdakı insanlar kömək edib. Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. 15 yaşlı A.T. isə polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
Nilay