DÜNYA ÖZ XƏBƏR

İran hökuməti: Bəndər Abbas limanındakı partlayışın İsraillə əlaqəsi yoxdur

Bəndər-Abbas limanında baş verən partlayış və ölkənin digər bölgələrindəki yanğınların İsraillə heç bir əlaqəsi yoxdur.

32gun.az bildirir ki, bu barədə İranın hökumət sözçüsü  Fatimə Mühacirani  açıqlama verib. 

Mohacirani bildirib ki, limanda baş verən partlayış səhlənkarlıq nəticəsində meydana gəlib və bu işlə bağlı şübhəlilər artıq saxlanılıb.

“Digər yanğınların da hansısa xarici dövlətin diversiyası nəticəsində baş verdiyinə dair sübut yoxdur”, – deyə o qeyd edib.

Hadisə 26 aprel tarixində Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas dəniz limanında qeydə alınıb. IRIB telekanalının məlumatına görə, partlayış təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib. Yanacaq çəninin partlaması nəticəsində güclü yanğın başlayıb və limandakı binalardan biri uçub.

Şahidlərin sözlərinə görə, partlayışın səsi Bəndər-Abbas və Kəşm adasında da eşidilib. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb. Yüzlərlə insan xəsarət alıb, ölənlər də var. İran Səhiyyə Nazirliyi Bəndər-Abbas şəhərində fövqəladə vəziyyət elan edib.

2 mayda The Washington Post qəzetinin ekspertlərə istinadən yaydığı məlumata görə, partlayışın səbəbi konteynerdə başlayan kimyəvi yanğın olub.

Nilay 

Oxşar Xəbərlər