DÜNYA ÖZ XƏBƏR

Danimarka və İtaliya Avropa İnsan Hüquqları Məhkəməsini tənqid edən məktub hazırlayıb

Danimarka və İtaliya Avropa İnsan Hüquqları Məhkəməsini (AİHM) qanunların şərhində həddindən artıq irəlilədiyi üçün tənqid edən məktub hazırlayıblar.

32gun.az bildirir ki, bu barədə Euractiv portalı məlumat yayıb.

Məktubda, Danimarka və İtaliya hökumətləri digər ölkələri öz mövqelərini dəstəkləməyə çağırıblar.

“Danimarka və İtaliya AİHM-nin qanunları şərh etmədə ‘çox uzağa getdiyini’ və xüsusilə miqrasiya məsələlərində bunun problem yaratdığını qeyd edirlər”, — deyə məktubda bildirilir.

Kopenhagen və Roma hesab edirlər ki, AİHM-nin bəzi qərarları İnsan Hüquqları Konvensiyasının məğzini dəyişdirib və “öz demokratik ölkələrində siyasi qərarlar qəbul etmə imkanlarını məhdudlaşdırıb”. Danimarka və İtaliya, Çexiya, Finlandiya, Polşa və Niderlandların onları dəstəkləməsini gözləyirlər.

Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski, ölkənin məhkəmələrinin AİHM-nin qərarlarını 10 ildən sonra yenidən gözdən keçirə bilməsi ilə bağlı qanun layihəsini təsdiqləmişdi.

Nilay 

Oxşar Xəbərlər