ABŞ vətəndaşı İdan Aleksandr İsrail ordusuna təhvil verildi
ABŞ vətəndaşı və İsrail Müdafiə Ordusunun (ÇAXAL) əsgəri İdan Aleksandr Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları tərəfindən İsrail ordusuna təhvil verilib.
32gun.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İdan Aleksandr İsrailin cənubundakı ilkin qəbul mərkəzinə çatdırılıb, tibbi müayinədən keçəcək və ailəsi ilə görüşəcək. Onun yaxınları artıq xəstəxanada onu gözləyir.
Qeyd edək ki, 11 mayda HƏMAS hərəkatı İdan Aleksandrın azadlığa buraxılmasına hazır olduqlarını açıqlamışdı. Qruplaşma bu addımın atəşkəsin təmin olunması, keçid məntəqələrinin açılması və Qəzza sakinlərinə humanitar yardımın çatdırılması istiqamətində atılan kompleks tədbirlərin bir hissəsi olduğunu vurğulamışdı.
12 mayda ABŞ prezidenti Donald Tramp Aleksandrın tezliklə azad olunacağını təsdiqləmişdi. Həmin gün HƏMAS onu Beynəlxalq Qırmızı Xaça təhvil verib.
Ayxan