Moskvada yol polisi əməkdaşları yoxlama zamanı içərisində partlayıcı maddə aşkar edilmiş “Kia” markalı avtomobili saxlayıblar.
Mayın 12-də gecə yarısı Kapotnya rayonunda yol polisi əməkdaşları içərisində iki nəfərin olduğu şübhəli xarici avtomobili saxlayıblar.
32gun.az bildirir ki, bu barədə "Moskva xəbərləri" Telegram kanalı xəbər verib. Bildirilir ki, axtarış nəticəsində avtomobildən qaz balonu, tüstü bombaları, barıt, naqillər və kanistrlərdə yanacaq aşkar edilib.
Mənbənin sözlərinə görə, sürücü və sərnişin pirotexnik olub, partlayıcılar isə vampirlər haqqında serialın çəkilişi üçün nəzərdə tutulub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı maddələrin daşınmasının qanuniliyini araşdırır.
Nilay