SOSIAL
“Kalaşnikov” tapıldı - Görün haradan
İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən çay kənarında odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
"32gun.az" xəbər verir ki, polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib.
Araşdırmalar aparılır.