Alessandra Ambrosio Kann Kino Festivalında yaşıl libası ilə diqqət çəkdi
"Victoria's Secret"in məşhur "mələyi", 44 yaşlı supermodel Alessandra Ambrosio Kann Kino Festivalında iştirak edib.
32gun.az xəbər verir ki, bu barədə Vanity Fair məlumat yayıb.
Model tədbirə ayaqyolu hissəsinə qədər dərin yarığı və uzun şleifi olan yaşıl büstiyerli libasla qatılıb. Onun görünüşünü iri daş və mirvari ilə bəzədilmiş boyunbağı, brilyant sırğalar tamamlayıb. Saçları yüksək atquyruğu şəklində yığılaraq, kömür qarası oxlarla vurğulanan axşam makiyajı edilib.
Yaxın günlərdə Alessandra Ambrosio və sevgilisi Baka Palmer Rio-de-Janeyronun İpanema çimərliyində görüntülənib. Model ağ-sarı bikinidə, gün eynəyində və bilərziklərdə olub. Sevgilisi isə qara üzgüçülük şortunda görüntülənib.
Ambrosio "Victoria's Secret"lə əməkdaşlığı sayəsində supermodel kimi tanınıb. Hazırda o, Next, Armani Exchange, Christian Dior və Ralph Lauren kimi brendlərin simasıdır. Model həm də aktyorluqda özünü sınayıb – "Casino Royale", "Salam, ata, Yeni il" filmlərində və "Dedikoduçu qız" serialında epizodik rollarda oynayıb.
Nilay