15 mayda İstanbulda keçirilməsi planlaşdırılan görüş Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün kritik bir fürsətdir.
32gun.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Pigott TASS-a verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu görüşün Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar üçün "kritik imkan" olduğunu açıq şəkildə bəyan edib.
"Prezident həmçinin aydın şəkildə bildirib ki, o, bu danışıqların baş tutmasını istəyir və əvvəlcə atəşkəsə, sonra isə dayanıqlı sülhə nail olmağa çalışır. Bu, atəşkəs və uzunmüddətli sülhə doğru birbaşa danışıqlar aparmaq üçün kritik imkandır", – deyə Pigott qeyd edib.
12 mayda Donald Tramp bəyan edib ki, əgər faydalı olacağını düşünərsə, 15 mayda İstanbulda keçiriləcək görüşə şəxsən qatıla bilər. O, həmçinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin də İstanbula gələcəyinə ümid etdiyini bildirib.
11 mayda Vladimir Putin Ukrayna tərəfinə əvvəlcədən heç bir şərt irəli sürmədən birbaşa danışıqlara başlamağı təklif edib. O, 2022-ci ildə yarımçıq qalan dialoqun davamı olaraq, 15 mayda İstanbulda görüş keçirməyə çağırıb. Cavabında Zelenski bildirib ki, əgər Rusiya tam atəşkəsə razılıq verərsə, o, şəxsən Putini İstanbulda gözləyəcək.
Nilay