DÜNYA ÖZ XƏBƏR

Hansı qadınlarda döş xərçənginə tutulma riski təxminən üç dəfə çoxdur?

Alimlər: 30 yaşdan sonra ilk dəfə ana olan və çəkisi artan qadınlarda süd vəzi xərçəngi riski 2,7 dəfə yüksəkdir

Mançester Universitetinin alimləri müəyyən ediblər ki, 20 yaşından sonra əhəmiyyətli dərəcədə çəki alan və ilk övladını 30 yaşdan sonra dünyaya gətirən qadınlarda süd vəzi xərçəngi riski demək olar ki, 3 dəfə artır.

32gun.az xəbər verir ki, bu barədə nəticələr Avropa Piylənmə Konqresində (ECO 2025) təqdim olunub.

PROCAS layihəsi çərçivəsində tədqiqatçılar 50 minə yaxın qadının məlumatlarını araşdırıblar. Onların bədən çəkisi, doğuş tarixi və xəstəlik diaqnozları təhlil edilib. Orta hesabla 6,4 il davam edən müşahidə dövründə 1702 qadında süd vəzi xərçəngi aşkarlanıb.

Analiz göstərib ki, ən yüksək riskə həyatının yetkin dövründə bədən çəkisinin 30%-dən çoxunu alan və ilk doğuşu 30 yaşdan sonra baş tutan və ya ümumiyyətlə doğuş keçirməyən qadınlar məruz qalır. Bu qadınlarda xərçəng riski, çəkisini sabit saxlayan və 30 yaşdan əvvəl ana olan qadınlara nisbətən 2,7 dəfə yüksək olub.

Alimlər bildirirlər ki, riskin əsas səbəbi çəkidəki kəskin artımın gec analıqla birlikdə baş verməsidir. Bu məlumatlar həkimlərə yüksək risk qrupunda olan qadınları daha dəqiq müəyyənləşdirməyə və fərdi profilaktik tədbirlər hazırlamağa kömək edə bilər.

Nilay 

Oxşar Xəbərlər