İtaliyanın Padua bölgəsində 55 yaşlı kişi sevgilisinə qarşı şiddətə görə həbs olunub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə Padua vilayətinin Megliadino-San-Vital kommunasında baş verib.
İlkin məlumata görə, kişi əvvəlcə qadının boğazını hər iki əli ilə sıxaraq onu huşsuz vəziyyətə salıb. Daha sonra qadını üzündən, döş nahiyəsindən və həyati vacib orqanlarından döyüb. Sevgilisinin artıq nəfəs almadığını zənn edən kişi onu evin terrasına çıxararaq üstünü xalçayla örtüb.
Polis hadisədən necə xəbər tutub, açıqlanmır. Kişi saxlanılıb və hazırda həbsdədir.
Məlum olub ki, həmin şəxs ötən il də qadına hücum edərək onu müxtəlif nahiyələrindən döyüb. Hər gün sevgilisinə təhqir və hədələrlə təzyiq göstərən kişi onun evdən çıxmasına və digər insanlarla ünsiyyətinə yalnız öz icazəsi ilə imkan verib.
Hazırda istintaq davam edir.
Nilay