Fransa Prezidenti Emmanuel Makron atəşkəs rejimi bərqərar edildikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
32gun.az xəbər verir ki, bu barədə o, TF1 telekanalına müsahibəsində deyib.
“Bəli, əlbəttə ki, bunu şəffaf şəkildə, (Vladimir) Zelenski və Avropa tərəfdaşlarımızla koordinasiyalı şəkildə edəcəyəm. Onunla (Putinlə) dialoq vacibdir,” – deyə Makron vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərbin yeni sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı sualı cavablandırarkən Rusiya ilə ultimatum dili ilə danışmağın yolverilməz olduğunu bəyan etmişdi.
Ayxan