DÜNYA ÖZ XƏBƏR

Zelenski: Ukrayna İstanbulda istənilən formatda danışıqlara hazırdır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin İstanbulda münaqişənin həlli ilə bağlı istənilən formatda danışıqlara hazır olduğunu bəyan edib.

32gun.az xəbər verirdi ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

“Ukrayna Türkiyədə istənilən formatda danışıqlara hazırdır. Görüşlərdən qorxmuruq”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 11 may gecə müraciətində Ukraynaya 2022-ci ilin yazında dayandırılmış birbaşa danışıqları bərpa etməyi təklif edib. Onun sözlərinə görə, həmin vaxt Kiyev nümayəndə heyəti danışıqlarda iştirakını dayandırıb və razılaşma layihəsini rədd edib. Rusiya tərəfinin fikrincə, bu qərar Qərb tərəfdaşlarının təzyiqi ilə qəbul olunub.

Əvvəlcə Zelenski Putinin təklifini faktiki olaraq rədd etsə də, ABŞ-ın keçmiş prezidenti Donald Trampın paylaşımından sonra İstanbulda şəxsən iştirak edəcəyini və Putini orada gözləyəcəyini bəyan edib.

Ayxan 

Oxşar Xəbərlər