ABŞ, bu ilin noyabrında Cənubi Afrikada keçiriləcək “Böyük İyirmilik” (G20) sammitinə hazırlıqları dayandırıb.
32gun.az xəbər verir ki, bu barədə The Washington Post Ağ Evin Milli Təhlükəsizlik Şurasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti administrasiyasının Milli Təhlükəsizlik Şurası agentliklərə və dövlət qurumlarına sammitlə bağlı hazırlıqları dayandırmağı əmr edib.
Qərarın ABŞ-ın sabiq prezidenti Donald Trampın G20 sammitini boykot etməklə bağlı səsləndirdiyi təhdidlərdən sonra verildiyi bildirilir. Tramp bu addımı Cənubi Afrikada ağdərili sakinlərin torpaqlarının hökumət tərəfindən yeni müsadirə qanunu əsasında əlindən alınması iddiası ilə əlaqələndirib.
The Washington Post yazır ki, hazırlıqların dayandırılması ABŞ administrasiyasında bu tədbirdə iştirakın məqsədəuyğunluğu ilə bağlı yaranan qeyri-müəyyənliyə son qoyub.
Xatırladaq ki, apreldə Donald Tramp özünün Truth Social platformasında bildirib ki, ABŞ nümayəndə heyətinin 22-23 noyabrda Yohannesburqda keçiriləcək G20 sammitində iştirakı mümkün deyil.
Nilay