Rusiyada Kemerovo şəhərində məhkəmə 7 aylıq oğluna qarşı aqressiya göstərən 21 yaşlı qadınla bağlı hökm çıxarıb.
32gun.az bildirir ki, bu barədə ölkənin vilayət prokurorluğu məlumat yayıb.
İstintaqın versiyasına görə, yerli sakin dəfələrlə körpəsini çuqun vannanın dibinə vurub. Nəticədə uşaq qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi isə uşağın ağlamasının anada narahatlıq yaratması olub.
Qadın barəsində insan həyatı üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirmə maddəsi ilə cinayət işi açılıb. Məhkəmə onu ümumi rejimli cəzaçəkmə müəssisəsində 2 il azadlıqdan məhrum edib.
Hazırda uşaq atası ilə birlikdə yaşayır. Ailə çətin həyat şəraitində olan ailə kimi tanınıb və onlara psixoloji-pedaqoji yardım göstərilir.
Nilay