DÜNYA ÖZ XƏBƏR

Tikinti meydançasında ekskavator aşıb – prokurorluq yoxlama başladıb

Rusiyada Tula vilayət prokurorluğu 12 may 2025-ci il tarixində baş vermiş insidentlə bağlı yoxlama başladıb. Hadisə Lipki şəhərinin Lermontov küçəsində yerləşən, tikintisi yarımçıq qalmış 100 mənzilli binanın söküntüsü zamanı baş verib.

32gun.az bildirir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İnsident zamanı ekskavator aşıb, lakin texnika tez bir zamanda qaldırılaraq işini davam etdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Prokurorluq tikinti və əmək qanunvericiliyinə əməl olunmasına hüquqi qiymət verəcək. Qanun pozuntuları aşkarlanacağı halda müvafiq tədbirlər görüləcək.

Nilay 

Oxşar Xəbərlər