ABŞ-dan olan sirk artisti Leyla Nunn saçlarından asılı vəziyyətdə 25 dəqiqə 11,3 saniyə qalaraq yeni Ginnes rekordu müəyyən edib.
32gun.az xəbər verir ki, bu barədə Ginnesin dünya rekordları saytında məlumat verilib.
39 yaşlı Leyla Kaliforniyanın məşhur Redvud milli parkında dostlarının gitara ifası müşayiəti ilə çıxış edib və həmin müddət ərzində havada bir neçə poza alıb.
Qeyd olunur ki, o bu qeyri-adi performansa hazırlaşmaq üçün iki il məşq edib.
Leyla bildirib ki, bu addımı ilə insanların zehn gücü ilə nələrə qadir olduğunu sübut etmək istəyib.
Ayxan