ABŞ maliyyə naziri Skott Bessent ölkənin Suriya əleyhinə tətbiq olunan sanksiyaların yüngülləşdirilməsi üzərində işlədiyini bildirib.
32gun.az bildirir ki, o bu barədə özünün X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi bu addımları atır ki, Suriya üçün sabitlik yaratsın və ölkənin sülh yolunda irəliləməsinə kömək etsin.
13 may tarixində ABŞ prezidenti Donald Trump Suriya əleyhinə tətbiq olunan sanksiyaları ləğv etmə qərarı verdiyini açıqlayıb və bunu Suriya hökumətinə şans vermək ehtiyacı ilə əsaslandırıb. Trump, Səudiyyə Ərəbistanında keçirilən forumda bildirib ki, əvvəlki sanksiyalar çətin və iflic edici olsa da, öz mühüm rolunu oynayıb.
Suriya Xarici İşlər Nazirliyi isə prezident Trumpın qərarını Suriyanın xalqı üçün dönüş nöqtəsi olaraq qiymətləndirib.
12 mayda The Times qəzeti, Suriya hakimiyyətinin sanksiyaların ləğvi qarşılığında ABŞ-a təbii sərvətlərin inkişafı üzrə keçmişdə Vaşinqton-Kiyev razılaşmalarına bənzər bir təklif verəcəyini xəbər vermişdi.
Nilay