Regina Todorenko hamiləlik şayiələri fonunda iç geyimində fotosunu paylaşdı
34 yaşlı rusiyalı teleaparıcı Regina Todorenko hamiləliklə bağlı yayılan şayiələr fonunda iç geyimində çəkilmiş fotosunu Instagram hesabında paylaşıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, o, kamera qarşısında makiyajsız və saçları açıq halda əyləşmiş vəziyyətdə görüntülənib.
Tanınmış aparıcı kiçik oğlunun səbəb olduğu çətin gecədən şikayətlənib.
“Gözümü 05:40-da açdım, işə gedirəm, çox yuxum gəlir. Gecə Varfolomey gecəsi kimi keçdi: balaca oğlum artıq üçüncü gecədir ki, pis yatır, qarnında güclü spazmlar var, hər iki saatdan bir oyanır. Dünən növbədə ərim idi, bu gün isə mənəm...” – deyə Todorenko yazıb.
28 aprel tarixində müğənni Valeriya, “Maska” şousunun altıncı mövsümünün bağlanış mərasimində Regina Todorenkonun hamilə olduğunu ehtiyatsızlıqla dilə gətirib. O, prodüser İosif Priqojinin ailə barədə çıxışı zamanı Todorenko və onun həyat yoldaşı Vlad Topalovun ailəsinə yeni bir üzvün qoşulacağını bildirib.
Sonradan Todorenko bu xəbərlərə Telegram kanalında cavab verib və hamiləliyi ilə bağlı yayılan məlumatlara Vladimir Jirinovskinin tribunaya yumruq vuraraq susmağı tələb etdiyi məşhur memi ilə reaksiya verib.
Qeyd edək ki, Regina Todorenko 2019-cu ilin iyul ayında müğənni Vlad Topalovla ailə həyatı qurub. Onların toyu İtaliyanın Sorrento şəhərində baş tutub. Cütlüyün 2018-ci ilin dekabrında ilk övladları Mixail, 2022-ci ilin iyulunda isə ikinci oğulları Miroslav dünyaya gəlib.
Ayxan