DÜNYA ÖZ XƏBƏR

Ceyk Sallivan: "Ukraynada atəşkəs danışıqlar üçün əsas şərt olmaya bilər"

Ukraynada münaqişənin həlli üzrə danışıqların başlaması üçün atəşkəs mütləq şərt deyil.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyanatında deyib. 

“Mən hesab etmirəm ki, diplomatiyaya başlamazdan əvvəl mütləq atəşkəs olmalıdır. Getməzdən əvvəl demişdim ki, 2025-ci il diplomatiya ili olmalıdır, lakin bu diplomatiya Ukraynanın tərəfində olmalıdır,” – deyə Sallivan bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, prezident Donald Tramp Ukrayna münaqişəsinin həllinə aparacaq istənilən mexanizmdən istifadə etməyə açıqdır. Onun sözlərinə görə, Ağ Ev rəhbəri müharibənin tez bir zamanda başa çatmasını istəyir.

Rubio əlavə edib ki, ABŞ konstruktiv dialoqa açıqdır və sülhün əldə olunması üçün öz imkanlarından hər istiqamətdə istifadə etməyə hazırdır.

Ayxan 

Oxşar Xəbərlər