Ukrayna lideri Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidentinin Telegram kanalında verilən məlumata görə, görüşdə Ukraynada davamlı sülhün əldə edilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
"Ukrayna üçün indi prioritet – ən azı 30 gün müddətinə tam atəşkəsin təmin edilməsidir. Bu, diplomatiya üçün əsas yaratmalıdır", – məlumatda qeyd olunur.
Həmçinin iki ölkə liderləri enerji təhlükəsizliyi, Avropa inteqrasiyası, Avropadakı seçkilərin siyasi proseslərə təsiri və Rusiyanın "hibrid təhdidləri" barədə danışıblar.
Zelenski Sanduya Ukraynaya dəstəyinə və Kiyevin Avropa İttifaqına inteqrasiya prosesinə yardım göstərməyə hazır olduğuna görə təşəkkür edib.
Ayxan