ABŞ-ın Vaşinqton ştatındakı Klipsan çimərliyində 25 qağayını qəsdən avtomobillə vuran 64 yaşlı Ceyms Şepard Travis 30 günlük həbs cəzasına məhkum edilib.
32gun.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.
Şahidlərin sözlərinə görə, Travis kirayələdiyi yolsuzluq avtomobili ilə quşların olduğu əraziyə bilərəkdən sürüb və bir çoxu havaya qalxa bilmədən avtomobilin təkərləri altında qalıb. Hadisə zamanı onun sərxoş olduğu iddia edilir.
Travis heyvanlara qarşı qəddarlıq və təhlükəli sürücülük maddələri ilə ittiham olunub. Ona 5 ilədək həbs və 10 min dollar cərimə təhlükəsi olsa da, məhkəmə qərarı ilə 30 gün həbs, 160 saat ictimai iş və 750 dollar cərimə ilə cəzalandırılıb. Həmçinin ona ömürlük ev heyvanı saxlamaq qadağan edilib.
Heyvan hüquqları fəalları bildiriblər ki, bu cür hərəkətlər yalnız mənəvi deyil, həm də ekoloji zərər vurur. Klipsan çimərliyi nadir və Qırmızı kitaba düşmüş quşların yuvalama sahəsidir.
Nilay