Saxalin vilayətinin Daxili İşlər İdarəsi xəbər verir ki, Korsakov sakini dostundan böyük məbləğdə pul oğurlayıb, oğurladığı pulu meşədə gizlətdiyi halda tutulub.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə zamanı 32 yaşlı yerli sakin hüquq-mühafizə orqanlarına müraciət edərək 300 min rublunun itkin düşdüyünü bildirib. Məlum olub ki, oğurluq günü o, dostu ilə spirtli içki içərkən təsadüfən pul kisəsini göstərib. Sonra kişi yuxuya gedib və oyandıqda pulların yox olduğunu görüb.
Şübhəli şəxs saxlanılıb, oğurladığı pul meşədə basdırılmış vəziyyətdə tapılıb. Hadisə üzrə oğurluqla bağlı cinayət işi açılıb.
Ayxan