Vaşinqton bu il Cənubi Afrikada keçiriləcək "G20" sammiti və ona bağlı tədbirlərdə iştirak etməyəcək.
32gun.az bildirir ki, ABŞ Dövlət katibi Marko Rubio deyib.
Rubio bunun səbəbi kimi ABŞ ilə Cənubi Afrika Respublikası arasında mövcud fikir ayrılıqları və Pretoriyanın "G20" gündəliyinin formalaşdırılması ilə bağlı yanaşmasını göstərib.
Rubio Senatdakı dinləmələrdə vurğulayıb ki, ABŞ həm xarici işlər naziri, həm də prezident səviyyəsində sammitdə iştirak etməyəcək. May ayının əvvəlində The Washington Post qəzeti ABŞ prezidenti Donald Trampla administrasiyanın sammitin hazırlanmasında iştirakdan çəkilməsi qərarını verdiyini xəbər vermişdi.
Əvvəllər Tramp Cənubi Afrikada ağ əhali qarşısında soyqırımı həyata keçirildiyini bildirərək, ölkədə keçiriləcək "G20" sammitində iştirakın mümkünsüzlüyünə dair şübhələrini ifadə etmişdi. Həmçinin, Rubio fevral ayında Cənubi Afrika hakimiyyətlərini "çox pis işlər görməkdə" ittiham edərək, xüsusilə şəxsi mülkiyyətin müsadirəsi və ağ fermerlərin torpaqlarından məhrum edilməsini tənqid etmişdi.
Nilay