Moskvada qadını döyən yeniyetmələrin şəxsiyyəti müəyyənləşdirilir
Moskvada hüquq-mühafizə orqanları Mitinskaya küçəsində yerləşən uşaq meydançasında qadının döyülməsi ilə bağlı araşdırma aparır. İlkin məlumata görə, hadisə qadının həyətində spirtli içki içən bir qrup gəncə irad bildirməsindən sonra baş verib.
32gun.az bildirir ki, bu barədə Telegram kanalı Mash yazıb.
Bildirilir ki, gənclərdən biri əvvəlcə qadını itələyib, daha sonra onu, o cümlədən üz nahiyəsindən, ayaqlayıb. Qeyd olunur ki, hücum edən şəxslər məktəblilər olub və uşaq meydançasında son zəngi qeyd edirmişlər.
Moskva şəhər Baş Polis İdarəsinin saytında verilən məlumata görə, hazırda həmin şəxslərin kimliyi müəyyənləşdirilir və araşdırmanın nəticələrinə uyğun hüquqi qiymət veriləcək.
Ayxan