DÜNYA ÖZ XƏBƏR

Quş qripi virusunun pişiklərdən insanlara keçmə ehtimalı çox yüksəkdir

Quş qripi (H5N1) virusunun pişiklərdən insanlara keçməsi ehtimalı çox yüksəkdir.

32gun.az bildirir ki, bu barədə Rusiyanın N.F. Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq “İzvestiya”ya müsahibəsində bildirib.

O qeyd edib ki, bu ştammın təkcə heyvanlar arasında deyil, insanlar arasında da yayılmağa başlaması ehtimalı olduqca yüksəkdir: “Lətaillik (ölüm göstəricisi) 50–70 faiz təşkil edir.”

Qintsburq xəbərdarlıq edib ki, bu virusun səbəb ola biləcəyi epidemiya qara çiçək kimi təhlükəli ola bilər. Buna görə də H5N1 virusuna qarşı vaksinin prototipi hazırlanmalı və o, klinik sınaqların birinci və ikinci mərhələlərindən keçməlidir.

Rusiyanın N.İ. Piroqov adına RNİMU nəzdində fəaliyyət göstərən Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin əməkdaşı Mixail Bolkov isə bildirib ki, heyvanlar yeni patogen ştammlar üçün əla rezervuar rolunu oynayır. Onun sözlərinə görə, bu prosesi dayandırmaq mümkün deyil, yalnız müşahidə aparmaq və mümkün təhlükələrə hazırlaşmaq olar.

Xatırladaq ki, 13 may tarixində Merilend Universitetinin İctimai Səhiyyə Məktəbinin alimləri ev pişikləri arasında H5N1 virusunun yayılması fonunda insanlıq üçün yeni pandemiya təhlükəsinin yarana biləcəyi barədə xəbərdarlıq etmişdi. Alimlərə görə, sığınacaqlar, fermalar və zooparklar potensial infeksiya ocaqlarına çevrilə bilər. Onlar həmçinin virusun gələcək mutasiyalar nəticəsində insanlar arasında hava-damcı yolu ilə keçməsinin mümkün olduğunu istisna etmirlər.

Ayxan 

Oxşar Xəbərlər