DÜNYA ÖZ XƏBƏR

Çilinin paytaxtında prezident sarayı kəskin qaz iyisinə görə boşaldılıb

Çilinin paytaxtı Santyaqoda ölkə prezidentinin rəsmi iqamətgahı olan “La Moneda” sarayı təxliyə olunub.

32gun.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Təxliyəyə səbəb binada hiss olunan kəskin qaz qoxusu olub. Eyni qoxu şəhərin digər mərkəzi bölgələrində də müşahidə edilib. Axtarış-xilasetmə xidmətləri qaz buludunun mənbəyini hələ müəyyənləşdirə bilməyib, axtarışlar davam edir.

Hazırda prezident sarayı və ətraf binaların yaxınlığında yüzlərlə insan təxliyə olunmuş vəziyyətdədir. Şəhər rəhbərliyi sakinlərə paytaxtın mərkəzinə getməməyi tövsiyə edib.

Santyaqo şəhərinin yanğınsöndürmə xidmətinin rəhbəri Pyerro Tardito təcili təşkil olunan mətbuat konfransında bildirib ki, paytaxtda aparılan ölçmələr hər hansı təhlükəli maddənin olmadığını göstərib. Onun sözlərinə görə, qaz buludu yaxın saatlarda öz-özünə dağılacaq.

Ayxan 

Oxşar Xəbərlər