İzmirin Horzum mahaləsinin Gencer bölgəsində baş verən qəza zamanı bir nəfər həyatını itirib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki ki, 38 yaşlı Halik Aksoyun idarə etdiyi 35 Z 8476 dövlət nömrə nişanlı traktor naməlum səbəbdən aşıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və jandarma qrupları cəlb olunub. Tibbi müayinə nəticəsində müəyyən edilib ki, Aksoy aşan traktorun altında qalaraq həyatını itirib.
Onun meyiti müvafiq araşdırmalardan sonra İzmir Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Ayxan