Voloqod vilayətində 2 yaşlı oğlan uşağının 4-cü mərtəbədən yıxılması ilə bağlı araşdırma aparılır.
32gun.az bildirir ki, bu barədə “Vologda-poisk” portalı məlumat yayıb.
Hadisə 20 may axşamı baş verib. Uşaq pəncərə altlığına çıxaraq tor pərdəyə söykənib və onunla birlikdə hündürlükdən yıxılıb. Hadisə zamanı azyaşlı evdə anası ilə birgə olub, amma otaqda tək qalıb.
Uşaq qapalı kəllə-beyin travması və döş qəfəsi zədəsi ilə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir. Hadisənin detalları araşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl bənzər hadisə Birobijanda da baş verib. Orada da ana ev işləri ilə məşğul olarkən azyaşlı qız pəncərəni açaraq 4-cü mərtəbədən yıxılıb. O da xəstəxanaya yerləşdirilib.
Ayxan