DÜNYA ÖZ XƏBƏR

Braziliyalı fotoqraf və ətraf mühit müdafiəçisi Sebastyan Salqado 81 yaşında vəfat edib

 

Dünyaca məşhur sənədli fotoqraflıq işi ilə tanınan Sebastyan Salqado 81 yaşında leykozdan dünyasını dəyişib.

32gun.az bildirir ki, bu barədə Associated Press agentliyi fotoqrafın ailə üzvlərinə istinadən məlumat yayıb.

Salqado 2010-cu ildə İndoneziyada iş zamanı nadir formalı malyariyaya yoluxmuş, xəstəlik illər sonra ağır leykozaya çevrilmişdi. Ailə üzvləri onun ədalətli, insanpərvər və ekoloji cəhətdən təmiz dünya uğrunda mübarizə apardığını vurğulayıb.

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva Salqadonun ölümü ilə bağlı başsağlığı verərək, onu dünyanın ən böyük fotoqraflarından biri adlandırıb. Salqado 1944-cü ildə Minas-Jerays ştatında doğulub və 1973-cü ildən fotoqraflığa tam vaxt ayırıb.

Onun ən məşhur işləri arasında "Amazon", "İşçilər" və "Miqrasiyalar" layihələri var. Salqado həyatını və yaradıcılığını "Torpağın duzu" adlı sənədli filmdə təqdim edib.

Ayaz 

Oxşar Xəbərlər