SOSIAL

DİN-dən şəhid ailəsinin mübahisəsi ilə bağlı açıqlama

Sosial şəbəkələrdə şəhid ailəsi üzvünün digər vətəndaşla mübahisə etdiyinə dair görüntülər yayılıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "32gun.az"a bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar:

"Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək", - deyə açıqlamada qeyd olunub

Oxşar Xəbərlər