DÜNYA ÖZ XƏBƏR

Qadın müəllimə 20 il sonra yenidən cinsi zorakılıq ittihamı irəli sürülüb - ABŞ-da

ABŞ-ın Kaliforniya ştatında orta məktəb müəllim işləyən  Lora Uaytherst adlı qadına təxminən 20 il əvvəl bir yeniyetməyə qarşı törətdiyi cinsi xarakterli hərəkətlərlə bağlı yeni ittiham irəli sürülüb.

32gun.az bildirir ki, bu barədə East Bay Times məlumat yayıb.

2013-cü ildə qadın saxlanıldıqda, onun üç şagirdi ilə münasibətdə olduğu məlum idi. Məlumata görə, Lora Uaytherst 14-18 yaşlı oğlan şagirdləri kabinetinə çağıraraq şəxsi mövzularla bağlı söhbət aparır, daha sonra onlarla cinsi münasibətdə olurdu. Bu hallar həm məktəbdə, həm də onun evində baş verib.

Bildirilir ki, müəllimənin üç şagirddən biri ilə münasibətindən hamilə qaldığı müəyyən edilib. Həmin şəxs onu məhkəməyə verərək 6 milyon dollar təzminat alıb. Digər iki gənc də məhkəməyə müraciət edib.

Lakin yaxın günlərdə daha bir sabiq şagird — 2007-2008-ci illərdə, 16 yaşı olarkən — müəllimənin onu həm məktəbdə, həm də məktəbdən kənarda zorladığını iddia edib.

Qeyd olunur ki, Uaytherstin çalışdığı məktəbdə ümumilikdə 50 nəfər cinsi zorakılığa məruz qalıb, lakin məktəb rəhbərliyi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Nilay 

Oxşar Xəbərlər