Amerikalı alimlər gündəlik gigiyena vasitəsini innovativ cihazla birləşdirərək stressin səviyyəsini real vaxtda ölçən “ağıllı” diş sapı hazırlayıblar.
32gun.az bildirir ki, Tufts Universitetinin elektrik mühəndisliyi və kompüter mühəndisliyi departamentinin professoru Samir Sonkusalenin rəhbərlik etdiyi komandanın hazırladığı bu cihaz haqqında məqalə nüfuzlu ACS Applied Materials & Interfaces jurnalında dərc olunub.
Alimlər qeyd edirlər ki, xroniki stress hipertoniya, ürək-damar xəstəlikləri, immun sisteminin zəifləməsi, depressiya və narahatlıq pozuntuları kimi bir çox xəstəliyin riskini artırır. Lakin stressin ölçülməsi üçün mövcud üsullar – sorğular, müsahibələr və laborator analizlər – ya subyektivdir, ya da baha və çətindostupdur.
Professor Sonkusale bildirib ki, stress hormonu olan kortizol tüpürcəkdə olur, buna görə də diş sapı vasitəsilə tüpürcək nümunələrinin götürülməsi və analiz edilməsi mümkündür. Onların hazırladığı “ağıllı” diş sapı adi görünüşə malik olsa da, içərisində yüksək dəqiqlikli sensor sistemi var. Tüpürcək xüsusi kanalla cihazın içindəki elektrodlara ötürülür və orada kortizolun səviyyəsi təyin olunur.
Bu texnologiyanın əsasını kortizol molekulunun “izinə” uyğun hazırlanmış molekulyar yaddaşa malik polimerlər təşkil edir. Bu sensorlar bahalı antitellərə və ya zülallara ehtiyac duymur, bu da istehsalı həm asanlaşdırır, həm də ucuzlaşdırır.
Alimlər hesab edirlər ki, bu texnologiya universaldır – eyni üsulla tüpürcək vasitəsilə qlükoza, estrogen, xərçəng markerləri və ürək-damar xəstəlikləri ilə bağlı göstəriciləri də izləmək mümkündür.
Professor Sonkusale qeyd edib ki, bu texnologiya laboratoriyalara və xüsusi biliklərə ehtiyac olmadan bioloji sensorları hər kəs üçün əlçatan edir. Komanda artıq cihazın bazara çıxarılması üçün startap layihəsi üzərində işləyir.
Nilay