Dağıstanın Üntsukul kəndində 25 yaşlı imam olan yerli sakin həyat yoldaşının xəbəri olmadan onun iştirakı ilə açıq məzmunlu videolar çəkib və Telegram vasitəsilə satıb.
32gun.az bildirir ki, hadisə barədə "Mash Gor" Telegram-kanalı məlumat yayıb.
Gənc qadın telefonunda müvafiq çatları taparaq bu qanunsuz fəaliyyəti təsadüfən aşkar edib. Məsələni müzakirə etməyə çalışanda isə kişi ona təhdidlər edib.
Zərərçəkənin şikayəti əsasında hüquq-mühafizə orqanları şübhəlini saxlayıb. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 242.1-ci maddəsi ilə cinayət işi açılıb. Hazırda bu fəaliyyətindən əldə olunmuş qanunsuz gəlirin məbləği müəyyən edilir.
Ayxan