Rusiyada Riazan vilayətində 48 yaşlı yerli sakin 13 yaşlı uşağa qarşı nalayiq hərəkətlər etməkdə şübhəli bilinir.
32gun.az bildirir ki, Rusiya İstintaq Komitəsinin Riazan vilayəti üzrə idarəsinin məlumat verib.
Hadisə 25 may tarixində Riazan rayonundakı su hövzəsi yaxınlığında baş verib. İstintaqın məlumatına əsasən, kişi çılpaq halda uşağa qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı cinayət işi açılıb. Hazırda istintaqçılar hadisənin bütün təfərrüatlarını müəyyən etmək və sübutları toplamaq üçün tədbirlər görürlər.
Qeyd edək ki, daha əvvəl Nijni Novqorod vilayətində bir yeniyetmə öz yaşıdına qarşı təcavüz etmiş, hadisə videoya çəkilmişdi. Hər iki uşaq psixiatr qeydiyyatındadır və xüsusi məktəbdə oxuyur. Hadisə ilə bağlı polis araşdırma aparır.
Ayxan