Rusiyada Lipeç vilayətinin qubernatoru İqor Artamonov, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Yeleç şəhəri və Yeleç rayonuna hücum təhlükəsi barədə xəbərdarlıq edib.
32gun.az bildirir ki, bu barədə o, Telegram kanalında məlumat verib.
Region rəhbəri yerli sakinlərə mümkün qədər evdə qalmağı, pəncərələrə yaxınlaşmamağı, küçədə olanların isə yaxınlıqdakı bina və ya dayanacaqlara sığınmağı tövsiyə edib.
"‘PUA hücumu təhlükəsi’ siqnalının bitməsinə qədər təhlükəsiz yerdə qalın", – deyə Artamonov bildirib.
Ayxan