Senegalın Tuba şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində azı 11 nəfər həyatını itirib.
32gun.az bildirir ki, bu barədə "Dacaractu" nəşri yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Hadisə rekonstruksiya olunan binada baş verib. Yerli sakinlərin sözlərinə görə, dağıntı zamanı içəridə təxminən 18 nəfər olub.
“Nəhayət, gecə saat 3 radələrində dağıntılar altından doqquzuncu cansız bədən çıxarıldı. Beləliklə, ilkin məlumata görə, ölənlərin sayı 11 nəfərə çatıb”, – deyə xəbərdə bildirilir.
Yeddi nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin dəqiq səbəbi məlum deyil. Regionun mənzil tikintisi üzrə baş direktoru Mussa Tine bildirib ki, faciəyə tikinti normalarına əməl olunmaması səbəb ola bilər. Onun sözlərinə görə, təmir zamanı uyğun olmayan ölçüdə şüvalardan və keyfiyyətsiz materiallardan istifadə edilib.
Ayxan