DÜNYA ÖZ XƏBƏR

Almaniya kansleri Slovakiyanı Aİ fondlarından məhrum etməklə hədələdi

Almaniya kansleri: Slovakiya Aİ siyasətindən yayınsa, maliyyədən məhrum edilə bilər

Almaniya kansleri Fridrix Mers bildirib ki, əgər Slovakiya Avropa İttifaqının ümumi siyasətindən yayınarsa, Aİ-nin maliyyə vəsaitlərindən məhrum edilə bilər.

32gun.az bildirir ki, onun acıqlamasını Bloomberg agentliyi yayıb.

"Onlardan Avropa vəsaitlərini almaq imkanı həmişə var... Əgər bu lazım olarsa, biz hərəkətə keçəcəyik", – deyə Mers bildirib.

Almaniya hökumət başçısı çıxışında Macarıstanı da unutmayıb. O qeyd edib ki, Budapeşt və Bratislava ilə Aİ-nin qalan üzvləri arasında fikir ayrılığı yarana bilər, çünki onun sözlərinə görə, "birləşmiş qərarlar kiçik azlığın" təsiri altında qalmamalıdır.

Qeyd edək ki, 27 mayda Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edəcək. Bu prosedur Avropa İttifaqının müqaviləsinin 7-ci maddəsinə əsasən həyata keçirilə bilər və üzv dövlətin bəzi hüquqlarının dayandırılmasını nəzərdə tutur.

Ayxan 

Oxşar Xəbərlər