DÜNYA ÖZ XƏBƏR

ABŞ Trampın İstanbul danışıqlarına elçi göndərib-göndərməyəcəyini açıqlayacaq

ABŞ prezidenti Donald Tramp Moskva ilə Kiyev arasında İstanbuldakı danışıqlara nümayəndə göndərmək qərarına gəlsə, bu barədə ictimaiyyətə məlumat veriləcək. 

32gun.az bildiri ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit məlumat verib. 

"Əgər prezident nümayəndə göndərmək qərarı versə, biz bunu bildirəcəyik," – deyə Levit vurğulayıb.

Qeyd edək ki, bu açıqlamadan əvvəl Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bəyan etmişdi ki, Rusiya üçün strateji sabitlik və Ukraynanın neytral statusu vacibdir. Onun sözlərinə görə, İstanbulda keçiriləcək danışıqlar ətrafında da böyük siyasi oyunlar gedir, lakin Moskva tərəfi səbir göstərir.

İkinci raund Rusiya-Ukrayna sülh danışıqlarının 2 iyun tarixində İstanbulda keçirilməsi təklifini Moskva irəli sürüb. Lakin Kiyev Kremlin atəşkəs şərtlərini əks etdirən memorandumun rəsmi versəsini təqdim etmədiyi müddətdə bu görüş təklifini qəbul etmir. Danışıqların baş tutub-tutmayacağı və əsas problemin nədə olduğu hələ də qeyri-müəyyən olaraq qalır.

Ayxan 

Oxşar Xəbərlər