Rusiyada Krasnodar diyarında məhkəmə keçmiş polis əməkdaşları İvan Tatsenkonu və Yevgeni Samonovu saxlanılan şəxsə hücum etdiklərinə görə ümumi rejimli koloniyaya göndərib.
32gun.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə məlumatı regionun məhkəmələrinin birgə mətbuat xidməti Telegram kanalında yayıb.
Məlumata görə, 2023-cü ilin avqustunda polis sıralarından xaric olunmuş Tatsenko və Samonov oğurluqda etiraf almaq məqsədilə saxlanılan kişini metal stulla döyüblər. Onlar istintaq zamanı təqsirlərini boyunlarına almayıblar, lakin istintaq onların günahkar olduğunu sübut edən dəlilləri toplaya bilib.
Məhkəmənin qərarına əsasən, Yevgeni Samonov 4 il, İvan Tatsenko isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Ayxan