Rusiyada Voroş vilayətinin Pavlov mahalında kişi arvadını döyərək ağır bədən xəsarətləri yetirib.
32gun.az bildirir ki, hadisə barədə Rusiya DİN-in vilayət üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, insident 17 mayda ər-arvadın birlikdə masa arxasında əyləşdikləri zaman baş verib. Qısqanclıq zəminində 48 yaşlı kişi ilə 45 yaşlı həyat yoldaşı arasında mübahisə yaranıb. Nəticədə qadın kəllə əsası sınığı və çoxsaylı hematomlar alıb.
Zərərçəkən qadın baş verənləri gizlədib və həkimə müraciət etməyib. Yalnız 22 mayda anası onun vəziyyətini görüb təcili tibbi yardım çağırdıqdan sonra hadisə üzə çıxıb.
Faktla bağlı “sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs 8 ilədək azadlıqdan məhrum edilə bilər. Hadisənin digər detalları araşdırılır.
Ayxan