DÜNYA ÖZ XƏBƏR

Vergi Xidməti merin aktivlərini dondurdu - BU ÖLKƏDƏ

Moldova Vergi Xidməti Qaqauziya rəhbəri Yevgeniya Qutsulun aktivlərini dondurdu

Moldova Vergi Xidməti Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun və onun ətrafında olan bir neçə şəxsin aktivlərini dondurub.

32gun.az bildirir ki, bu barədə Rəsmi Bülletendə məlumat verilib.

Sənəddə “Yevgeniya Qutsulun fondlarını/iqtisadi resurslarını dondurmaq” ifadəsi yer alıb.

Qeyd edək ki, mayın 21-də Qutsul tərəfdarları ilə görüşündə bildirib ki, Kişineu Apellyasiya Palatası onun ev dustaqlığını qüvvədə saxlayıb. O, mübarizəni dayandırmaq niyyətində olmadığını vurğulayıb.

Xatırladaq ki, Yevgeniya Qutsul martın 25-də Kişineu aeroportunda ölkəni tərk etməsinə imkan verilmədən saxlanılıb. Ona qarşı 2023-cü ildə Qaqauziyada keçirilən seçkilərdə seçki fondlarının idarə olunması qaydalarını pozmaqda, həmçinin “Şor” partiyasının qeyri-qanuni maliyyələşdirilməsi və sənədlərin saxtalaşdırılması ittihamları irəli sürülüb.

Ayaz

Oxşar Xəbərlər