DÜNYA ÖZ XƏBƏR

Hamiləlik diabeti və genetik xüsusiyyətlər uşaqlarda piylənmə riskini artırır

ABŞ-ın Kolorado Universitetinin alimləri müəyyən ediblər ki, ana bətnində hamiləlik diabetinə məruz qalmış və GLP-1R geninin müəyyən variantına sahib olan uşaqlarda artıq çəkiyə meyillilik daha yüksəkdir.

32gun.az bildirir ki, tədqiqatın nəticələri Diabetes Care jurnalında dərc olunub.

Hamiləlik dövründə yaranan gestasion (hamiləlik) diabetin uşaqlarda piylənmə və ikinci tip diabet riskini artırdığı artıq məlumdur. Lakin bu hallar bütün uşaqlarda müşahidə olunmur. Alimlər bu fərqin səbəbini araşdıraraq diqqəti GLP-1R geninə yönəldiblər. Bu gen iştahanı və insulin ifrazını tənzimləyir və hazırda arıqladıcı OzempicWegovy kimi preparatların təsir mexanizminin əsas hədəfidir.

464 uşağın uzunmüddətli müşahidəsi nəticəsində məlum olub ki, bu genin müəyyən variasiyasına sahib və hamiləlik diabetinə məruz qalmış uşaqlar digər həmyaşıdlarına nisbətən daha tez çəki alır və bədən kütlə indeksi yüksək olur.

“Bu mühüm kəşfdir. Genetik və xarici faktorların necə qarşılıqlı təsir göstərərək uşağın sağlamlığına təsir etdiyini göstərir”, – deyə tədqiqatın baş müəllifi Kayli Harrall bildirib. Onun sözlərinə görə, bu bilik həkimlərə risk qrupundakı uşaqları erkən mərhələdə müəyyən etməyə və vaxtında müdaxilə etməyə imkan verəcək.

Alimlər gələcəkdə DNT analizləri əsasında hansı uşaqlara erkən yaşlardan etibarən xüsusi çəki nəzarətinin lazım olduğunu müəyyən etməyin mümkün olacağına ümid edirlər.

Ayaz 

Oxşar Xəbərlər