Məşhur texnobloqer Zak Nelson, JerryRigEverything adlı YouTube kanalında Oppo Find X8 Ultra smartfonunu möhkəmlik testindən keçirib və cihazın müəyyən konstruktiv zəifliyə sahib olduğunu aşkar edib.
32gun.az xəbər verir ki, bu zəiflik nəticəsində telefon əyilərək formasını dəyişə bilər.
Test ekranın cızılmaya davamlılığının yoxlanılması ilə başlayıb. Məlum olub ki, ekranın qoruyucu şüşəsi Mox sərtlik şkalasına görə altıncı səviyyədən etibarən cızılır, yeddinci səviyyədə isə daha dərin zədələr yaranır. Cihazın metal çərçivəsi isə sadə klerik bıçağı ilə asanlıqla cızılır.
Oppo Find X8 Ultra-nın ekranı alışqanla açıq alov testində 35 saniyə davam gətirib və bu müddət ərzində gözlə görünən zədələnmə müşahidə olunmayıb.
Ən diqqətçəkən məqam isə əyilmə testində ortaya çıxıb. Cihaz arxa tərəfdən əyildikdə bütöv qalsa da, ön tərəfdən təzyiq göstərildikdə, çərçivə anten xəttinin yerləşdiyi sahədə – yəni səs və güc düymələri arasındakı hissədə – deformasiyaya uğrayıb. Tam qırılma olmasa da, cihazın forması dəyişib və bu, onun toz və suya davamlılığına mənfi təsir göstərə bilər.
Videonun sonunda Zak Nelson cihazı sökərək onun daxili quruluşunu da qiymətləndirib.
Nilay